Onlayn ictimai-siyasi qəzet
"Ermənistan rəhbərliyinin Minskdəki KTMT tədbirlərində iştirak etməmək qərarı təəssüf doğurur".
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib:
"Biz inanmırıq ki, bu, erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və Ermənistanın təhlükəsizliyinin, sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Eyni zamanda, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər. Bu, mahiyyət etibarilə İrəvanın gələcəkdə "işə" qoşulması üçün qapını açıq qoyur. Ümid edirik ki, erməni müttəfiqlərimiz yaxın gələcəkdə bu fürsətdən istifadə edəcəklər".
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ