İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: "Fransa İrəvana yararsız hərbi texnika satıb"

Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.

Musavat.com xəbər verir ki, bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

XİN rəsmisi qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür:

“Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR