Onlayn ictimai-siyasi qəzet
Rusiya Danimarkaya qarşı sərt addımlar atacaq.
Musavat.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Danimarkanın Rusiya neftini daşıyan tankerlərin Baltik boğazlarından keçməsinə məhdudiyyətlər qoyacağına dair xəbərləri şərh edərkən deyib:
"Rusiya gəmilərinin naviqasiya hüquqlarını məhdudlaşdırmaq cəhdləri daha bir qeyri-dost addım kimi qiymətləndiriləcək və bunun ardınca qaçılmaz olaraq sərt cavab tədbirləri görüləcək".
Zaxarova Danimarkanın ekoloji tələblərini gülünc adlandırıb: “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi bəhanəsi olaraq, Rusiya tərəfinin naviqasiya üçün yararsız gəmilərdən istifadə etməsi və ya sığorta sənədlərinin olmaması səbəbindən Baltik dənizində ekoloji fəlakətlə bağlı müəyyən təhlükə olduğu göstərilir – bunları eşitmək gülməlidir".
O vurğulayıb ki, gəmilərin boğazlardan keçməsi proseduru 1857-ci il Kopenhagen müqaviləsi və BMT-nin dəniz hüququ haqqında Konvensiyasının müddəaları ilə tənzimlənir: “Bu sənədlərə əsasən, Rusiya gəmiləri də daxil olmaqla, bütün gəmilərin Baltik boğazlarından maneəsiz və təhlükəsiz keçmək hüququ var, beynəlxalq hüququn icazəsiz yenidən yazılması qəbuledilməzdir”.
Qeyd edək ki, Rusiya Qərbin tətbiq etdiyi qiymət tavanından yuxarı qiymətə satdığı neftini daşımaq üçün sığorta olunmayan, köhnə tankerlərdən istifadə edir. Bu isə Baltik ölkələrində mümkün qəza və dənizə neft axıntısı ehtimalı ilə bağlı narahatlıqlar yaradır. Bu günlərdə Danimarka mətbuatı ölkə hökumətinin standartlardan kənar tankerlərin Baltik boğazlarından keçidinin qarşısını almaq planı hazırladığına dair məlumat yayıb. Bu isə əsas gəliri neftdən olan Rusiya üçün çox böyük təhdidlər formalaşdırır.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ