Onlayn ictimai-siyasi qəzet
“Bakı həmişə bizə İrəvanla sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, onlara Moskvadakı görüşə və üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlər çərçivəsində dəvət göndərdik:
“Bakı bizə həmişə danışıqlara hazır olduqlarını təsdiqləyib. Təəssüf ki, eyni şeyi erməni tərəfdaşlarımız haqqında deyə bilmərik. Ola bilsin ki, onlar Vaşinqtondan, Brüsseldən, Parisdən olan müşavirlərinin daha maraqlı, daha yaxşı, daha təsirli bir şey təklif edə biləcəklərinə inanırlar. Məncə, qonşuların əvvəlki təcrübələrini qiymətləndirmək hər zaman faydalı olardı. Bununla, Praqa və Brüssel də daxil olmaqla, Avropa İttifaqının himayəsi altında keçirilən "toplantıların" nəyə gətirib çıxardığını anlamaq mümkün olar”.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ