İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujnıdan sərt açıqlama: "NATO-nun kollektiv müdafiə prinsipi real işləmir"

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı NATO-nun kollektiv müdafiə prinsipinin real işləmədiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bəzi Avropa ölkələrinin təhlükəsizliklə bağlı ciddi narahatlıqlarına baxmayaraq, alyansdan gözlədikləri dəstəyi ala bilmədiklərini qeyd edib.

"Mənə Rumıniyadan zəng edib xahiş edirdilər ki, onların ərazisinə "Şahed" dronlarının düşdüyünü açıqlamayım. Başqa biri zəng edib soruşurdu ki, niyə radioelektron mübarizə sistemlərini işə salmısınız, dronlar bizim üzərimizə yönəldi? Mən də dedim ki, vurun, axı sizin 40 ədəd F-16 təyyarəniz var", – deyə Zalujnı bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR