İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında MÜHÜM GÖRÜŞ

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR