Onlayn ictimai-siyasi qəzet
Yunanıstan gizli şəkildə 250 konteyner silah və sursatla birlikdə Rumıniya vasitəsilə Ukraynaya daşınır.
Musavat.com xəbər verir ki, bu barədə Yunanıstanın “Efimerida ton sindakton” qəzeti yazır.
Nəşrin yazdığına görə, Yunanıstan Rumıniya üzərindən Salonikidən Kiyevə sursat və ya naməlum tipli silahlar şəklində hərbi yardım göndərir. Söhbət 250 konteynerdən gedir və mayın 14-də onlardan birincisi Rumıniyadakı ilk dayanacaqla Kato Gefira stansiyasını tərk edib. Bu alver iki ay əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ukrayna prezidenti Vladimir Zelensinin arasında silahlarla bağlı əldə olunan məxfi saziş əsasında baş tutub.
Qəzet yazır ki, Pasxa bayramından əvvəl Saloniki limanında silah və sursatların daşınması üçün liman ərazisinin ayrılması ilə bağlı müzakirə aparılıb, lakin nəticədə liman işçilərinin reaksiyası səbəbindən iş dayanıb.
Nəticədə başqa bir həll yolu tapılıb və sursat polisin müşayiəti ilə kiçik yük maşınlarından ibarət karvanlarda Xalkidonas bələdiyyəsinin Kato Gefira stansiyasına, yaxınlığında dəmiryol relsləri olan sənaye parkının olduğu stansiyaya daşınıb.
Nəşrin məlumatına görə, silah və sursatların daşınmasına görə məsuliyyət ABŞ-ın üzərinə düşür. Onlar Amerika qoşunlarına təhvil verilib və onları Rumıniya dəmir yolu vaqonlarına yükləyiblər. Yük Rumıniyadan keçirilərək Ukraynaya çatdırılacaq.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ