Onlayn ictimai-siyasi qəzet
Yunanıstan parlamentinin deputatı Konstantinos Floros debat zamanı onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosa yumruq atıb.
Referans.az “Washington Post” a istinadən xəbər verir ki, polis Florosu saxlayıb. O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib.
Parlamentin sədri Konstantinos Tasulas bildirib ki, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada parlamentdaxili şəxslər üçün müəyyən güzəştdən söz gedə bilər.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ