Onlayn ictimai-siyasi qəzet
Yunanıstan hökuməti eynicinsli cütlüklərin nikahına dair qanun layihəsini parlamentə təqdim edəcək.
Ölkənin “ERT-news” nəşri xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin iclasında bildirib.
Yunanıstanın baş nazirinin sözlərinə görə, vətəndaş nikahında bərabərlik haqqında qanun layihəsi bütün vətəndaşlar üçün bərabərliyə nail olmağa yönəlmiş mühüm addımdır. Bu, ilk növbədə artıq eynicinsli valideynlərlə yaşayan uşaqları qorumaq məqsədi daşıyır. Bu uşaqlar bütün digər uşaqlar kimi hüquqlara malik olmalıdırlar.
Eyni zamanda Mitsotakis əlavə edib ki, eynicinsli nikahlara qarşı çıxan kilsənin mövqeyini qəbul edir və ona hörmətlə yanaşır.
Musavat.com
30 Sentyabr 2024
29 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ