İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yüksək dağlıq ərazilərə imkan daxilində torpaq yollar çəkilməlidir"- FHN

Avqust ayında vaş verən Yanğınların söndürülməsində FHN-nin 700-dən artıq canlı qüvvəsi, 80 texnikası, 1 amfibiya təyyarəsi 3 helikopteri 4 tondan artıq su istifadə olunub.

Musavat.com xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş  vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yüksək dağlıq ərazilərə imkan daxilində torpaq yollar çəkilməlidir. Uzaq ərazilərdə avtomobilin girişinə maneə olduğu üçün yanğınların söndürülməsində çətinliklər yaradıb. Türkiyə təcrübəsində gördük, süni gölməçələr yaradılmalıdır.

Əsasən avqust aylarında moruq sezonu başlayır. İnsanlar meyvə toplamaq məqsədilə meşədə gecələyirlər. Bu da yanğınların çoxalmasına səbəb olur".

O qeyd edib ki, avqust ayında şimal bölgəsində baş verən ərazilərdə insan itkisi müşahidə olunmayıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR