İnsanlara hürriyət, millətlərə istiqlal!

YPG PKK lideri Öcalanın çağırışına dəstək verdi

YPG qruplaşması PKK lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymağa çağırmasını müsbət qarşılayıb.

Musavat.com-un məlumatına görə, təşkilatın mətbuat xidmətinin nümayəndəsi Siyamend Eli bu çağırışın bölgədə sülhün bərqərar olmasına töhfə verəcəyini bildirib.

Onun sözlərinə görə, Öcalanın mesajı münaqişənin dayandırılmasına yönəlib və bu, xüsusilə Türkiyə və region xalqları üçün mühüm əhəmiyyət kəsb edir.

Digər tərəfdən, PKK-nın Suriya qolu sayılan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin də prosesə konstruktiv yanaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, Abdullah Öcalan daha əvvəl silahlı dəstələrə təslim olmağı tövsiyə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR