İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi maşını məşhur aktyorun porşesini vurdu

Rusiyanın Moskva yol-patrul xidmətinin əməkdaşları qayda pozan sürücünü təqib edərkən aktyor Denis Matrosovun sürdüyü "Porsche" ilə toqquşublar.

Bildirilib ki, aktyor yaşıl işıqda hərəkət etsə də, yolda sirenaları və işıqları yanılı olan polis avtomobilinə yol verməyib. Yol hərəkəti qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərə belə hallarda üstünlük verilməlidir.

"Hadisə yerində həkimlər aktyora ilkin tibbi yardım göstəriblər. Denis ayağında problem olsa da, həyat yoldaşı ilə birlikdə polis avtobusuna minə bilib. Toqquşmadan sonra Porsche avtomobili səkiyə çıxıb. Xoşbəxtlikdən, həmin vaxt orada piyadalar olmayıb. Qəza nəticəsində avtomobil təxminən 25 metr sürüşüb", - deyə məlumatda bildirilir.

Hadisə Çerepovetskaya küçəsində baş verib. Aktyor və onun həyat yoldaşı "Porsche" markalı avtomobildə olarkən "Hyundai Solaris" markalı, sirenaları yanan polis maşını ilə toqquşublar. Qəza nəticəsində aktyorla yanaşı, bir polis əməkdaşı da xəsarət alıb.

Hadisə şahidləri qəzanın nəticələrini lentə alıblar. Görüntülərdə DYP avtomobilinin ön hissəsinin ciddi zədələndiyi görünür. Ərazidə təcili yardım maşını da olub. Sosial şəbəkələrdə yayılan şəkillərdə "Porsche" avtomobilinin qapısının və təkərlərinin zədələndiyi, yolda isə avtomobilin müxtəlif hissələrinin səpələndiyi əks olunub. /baku.ws/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR