İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi kimsəsiz uşaqlara gizli yardım edir - FOTO

Bakıda Şəhər Yol Polisi əməkdaşının kimsəsiz uşaqlara gizli şəkildə yardım etməsi gündəm olub.

Musavat.com
xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.

Mehriban Zeynalova paylaşımında bildirib ki, həmin polis əməkdaşı 5 qız uşağını himayə edir. 

Sözügedən paylaşımı təqdim edirik:

"Biz onun davranışlarına həqiqətən heyran qalırıq... 

Hər zaman sığınacağa gəlir,qapıdan içəri keçmir. Çox utandığını bildirir.Uşaqları gördükdə isə çox kövrəldiyi hiss olunur. İndiyədək 5 qız uşağını himayə edən Şəhər Yol Polisi əməkdaşı bu dəfə də valideynsiz qız uşağımızın geyiminə,təhsilinə və digər ehtiyaclarına bacardığı qədər dəstək olacağını bildirdi. İllərdir ki,validenlər sığınacaqda qalan övladları üçün bəlkə də bu qədər narahat qalmadığını görürük. Gün aşırı zəng edir, onların halını maraqlanır,nəyə ehtiyaclarını olduğunu soruşur. Bu paylaşım tərif deyil. O qədər gözəl qəlbli vətəndaşlarımız var ki, yol polisi də onlardan biridir sadəcə..

Ümid edirik qızlar böyüyəcək və onların arxasında dayanan gizli qəhrəmanı unutmayacaqlar".

Musavat.com

452254234_884235150415917_2194068725698554435_n.jpg (133 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR