İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevgeni Nikiforov: Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər

“Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib”.

APA xəbər verir ki, bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin bazasında keçirilən mərasim zamanı bildirib.

O bildirib ki, bu çərçivədə 90 mindən çox insana humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib.

"Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən müharibəni dayandırıldı. Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, Qarabağ ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün formalaşmasına zəmin yaradıldı”, - Yevgeni Nikiforov deyib.

Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini bundan əlavə, sülhməramlı kontingentin inanclı insanların dini obyektlərə çıxışını bərpa etdiyini də qeyd edib.

“Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərbçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm", - general qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR