Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ordusuna qarşı terrorçu fəaliyyətinə görə 4 erməni quldurunun öldürülməsi Ermənistanda əsas gündəm mövzusudur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Yerkrapa” Könüllülər Birliyinin sədri Sasun Mikaelyan da danışıb.
Xatırladaq ki, öldürülən ermənilərin məhz bu təşkilata mənsub könüllülər olduğu ortaya çıxıb.
“Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördü də snayper atəşi ilə vurulub”, - deyə Mikaelyan “Azadlıq” radiosuna deyib.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ