İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni prezident ABŞ-ın Azərbaycan - Ermənistan məsələsinə baxışını necə dəyişəcək?

ABŞ Dövlət Departamenti "Amerikanın səsi" radiosunun suallarını cavablandırarkən maraqlı məqamlara toxunulub.

Musavat.com xarici mediaya əsasən sitatları təqdim edir:

"Ermənistan və Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyişə nail olmaqda davam edir və biz bu prosesi dəstəkləməyə sadiqik. Sülh vaxtıdır!"

Daha sonra "ABŞ-ın yeni prezidentinin işə başlayacağı zaman Vaşinqtonun xarici siyasəti dəyişəcəkmi" sualına da cavab verilib:

"Dövlət Departamenti tərəfsiz bir qurumdur. ABŞ hökumətinin xarici siyasəti müxtəlif prezident administrasiyaları zamanı dəyişə bilər. Lakin ABŞ-ın xarici siyasətinin əsas prinsipləri sabit qalır. O cümlədən ABŞ-da və bütün dünyada təhlükəsizlik, demokratiya, firavanlıq və inkişafın təşviqi prinsipləri".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR