İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni epidemiya bu ölkəyə də çatdı - İlk ölüm qeydə alındı

Avropada sürətlə yayılan tənəffüs yolu infeksiyaları Yunanıstanda ciddi vəziyyət yaradıb.

Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) son hesabatına əsasən, qrip və HMPV virusu səbəbilə 7 nəfər reanimasiyaya yerləşdirilib, 1 nəfər isə dünyasını dəyişib.

Reanimasiyada müalicə olunan 7 xəstənin yaşlarının 19 ilə 81 arasında dəyişdiyi və onlardan üçünün kişi, dördünün isə qadın olduğu bildirilib.

Mütəxəssislər qrip və HMPV kimi tənəffüs yolu infeksiyalarının artmasının yaxın regionlar üçün də təhlükə yarada biləcəyini bildirirlər.

Yeni epidemiyanın Azərbaycana təsir edib-etməyəcəyi hələlik bilinməsə də, bu mövzuda tədbirlər görmək və məlumatlı olmaq əhəmiyyətlidir.|Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR