Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu, Yəməndən atılan bir raketin ölkə hava məkanına daxil olmadan əvvəl hava qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Musavat.com bildirir ki, bu, bölgədə gərginliyin yenidən yüksəldiyinə işarədir.
İsraildə yayımlanan Kanal 12 televiziyasının məlumatına görə, baş verən hadisə fonunda Tel-Əvivin şərqində yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında hava trafiki müvəqqəti olaraq dayandırılıb.
Hücum təhlükəsi səbəbindən ölkənin müxtəlif bölgələrində səsgücləndirici sirenlər işə düşüb. Məlumata görə, Tel-Əviv, Qüds və İordan çayının qərb sahilinin şimal hissəsi də daxil olmaqla 20-dən çox şəhər və qəsəbədə həyəcan siqnalları eşidilib.
@@TVmusavat/111306@@
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ