İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhya Sinvar İsrailin sonunu gətirəcək - ŞOK İDDİA

“Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi fələstinlilərin İsraili gələcəyə ümiddən məhrum edən bir yol seçməsi deməkdir”.

Musavat.com xəbər verir ki, bu fikri İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.

“Yəhya Sinvarın təyinatı fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçki o deməkdir ki, sionist rejimin (İsrail nəzərdə tutulur) gələcəyə heç bir ümidi olmamalıdır”, - deyə o bildirib.

İran generalı Sinvarı Fələstinin ən böyük azadlıq döyüşçülərindən biri adlandırıb. Musəvi həmçinin İsrail hökumətini vəhşi qəbilələrə bənzədib.

“Hətta vəhşilər də bəzi normalara riayət ediblər, İsrail isə bütün beynəlxalq qaydaları və qanunları pozur”, - deyə Əbdülrəhim Musəvi bildirib.

İran hərbçisi ənənəvi olaraq İsrailin hərəkətlərinin cavabsız qalmayacağını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR