Onlayn ictimai-siyasi qəzet
Qışın sonuna qədər Avropa anbarlarında rekord qaz ehtiyatları və yayda anbarlara qaz vurulmasına aşağı tələb regionda spot qaz qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.
Hesabata görə, hədsiz mülayim qışa görə anbarlardan indiyədək görünməmiş həcmdə az qaz götürülüb. Hazırda Avropanın anbarlarında 61 milyard kubmetr ehtiyat var: “Avropa bazarı 2024-2025-ci illərin qış mövsümünə hazırlaşır, çünki qaz anbarlarının tutumu maksimuma yaxın olacaq və qarşıdan gələn yay mövsümündə cəmi 40 milyard kubmetr xalis qaz vurulması tələb olunacaq”.
Ötən qış Avropa anbardan cəmi 42 milyard kubmetr qaz çıxarıb ki, bu da son on ildə ikinci ən aşağı göstəricidir. GECF qeyd edir ki, bu, son 12 ilin ən isti qışının səbəb olduğu istilik tələbatının azalması fonunda baş verib.
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin mart ayında havaların istiləşməsi və sənaye tələbatında artımın olmaması fonunda qaz istehlakını illik müqayisədə 9 faiz azaldıb. Bununla yanaşı, keçən ay Aİ-yə boru kəməri qazı idxalı 4 faiz, ümumilikdə isə bu ilin birinci rübündə onun Rusiyadan Avropaya tədarükü 23 faiz artıb.
Bu ilin birinci rübündə Aİ-də ümumi qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 113 milyard kubmetr təşkil edib.
Almaniyada qaza tələbat martda 10 faiz azalaraq 7,4 milyard kubmetrə düşüb. İtaliyada – 6 faiz artaraq 5,7 milyard kubmetrə, Fransada – 13 faiz artaraq 3,3 milyard kubmetrə, İspaniyada – 7 faiz artaraq 2,4 milyard kubmetrə çatıb. Böyük Britaniyada isə qaz istehlakı 12 faiz azalaraq 5,9 milyard kubmetr təşkil edib.
Martda Aİ-yə boru kəməri qazının idxalı 14 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 12 faiz, keçən ilin mart ayı ilə müqayisədə isə 4 faiz çoxdur. Ümumilikdə, 2024-cü ilin yanvar-mart aylarında Aİ-yə boru kəməri tədarükü 5 faiz artaraq 40 milyard kubmetrə çatıb. Bu artım Rusiyadan tədarükün 23 faiz artması ilə əlaqədardır, GECF qeyd edir. Fevralda boru kəmərinin tədarükünün ümumi həcmində Norveç qazının payı 57 faiz, Rusiya qazının payı 18 faiz təşkil edir.
LNG təchizatı
Martda Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü illik ifadədə 20 faiz azalaraq 9,14 milyon tona düşüb. LNG idxalının azalması qaza tələbatın azalması, anbarların dolu olması və boru kəməri idxalının artması ilə əlaqədardır. Asiya ölkələrinin LNG idxalı 12 faiz artaraq 24,37 milyon tona çatıb. Ümumilikdə, 2024-cü ilin birinci rübündə Avropa 30,31 milyon ton (keçən illə müqayisədə -13 faiz), Asiya 73,01 milyon ton (+9,2 faiz) maye qaz idxal edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ