İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə FƏLAKƏT! Yəmən də İsraili BOMBALAMAĞA başladı - CANLI

Yəməndə husi üsyançıları İsrailə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə Husi hökumətinin “baş naziri” Əbdüləziz bin Habtur bunu AFP agentlinə açıqlamasında bunu deyib. Habturun sözlərinə görə, İsrailin HAMAS-a qarşı apardığı müharibəyə cavab olaraq bu gün PUA ilə zərbələr endirilib:

“Həmin PUA-lar Yəmən dövlətinə məxsusdur”, - deyə o qeyd edib. İsrail Müdafiə Qüvvələri Qırmızı dəniz sahilindəki Eilat bölgəsində hava həyəcanı siqnalının işə düşməsi barədə məlumat yayıb, lakin regionda ciddi təhlükənin olmadığı qeyd olunub. İsrail hakimiyyəti Qəzza zolağının bütün sakinlərini Misirə köçürmək üçün kəşfiyyat planının olduğunu etiraf edib.

“Assoşeyted Press” agentliyi İsrail Baş nazirinin ofisinə istinadla məlumat yayıb. “İsrail etiraf edib ki, nazirliklərindən biri Qəzza zolağının 2,3 milyon sakininin Misirdəki Sinay yarımadasına köçürülməsi təklifini hazırlayıb”, - məlumatda qeyd olunub. Agentlik bildirib ki, sənəd oktyabrın 13-də hazırlanıb.

“Baş nazir Benyamin Netanyahunun ofisi buna hipotetik plan kimi yanaşıb. Təhlükəsizlik xidmətləri ilə bu məsələ ilə bağlı əsaslı müzakirələr aparılmayıb”, - İsrail hökumətindəki mənbə agentliyə açıqlamasında deyib. Qeyd olunub ki, planda Qəzza zolağının Fələstin Muxtariyyətinin nəzarətinə verilməsi və ya yeni anklav hökumətinin yaradılmasına dəstək vermək nəzərdə tutulmur: “Sənəd Fələstində narazılığa səbəb olub.

Fələstin Prezidenti Mahmud Abbasın sözçüsü bildirib ki, hakimiyyət Qəzza zolağının əhalisinin hər hansı yerə köçürülməsinə qarşıdır və planın həyata keçirilməsinə icazə verməyəcəklər”.

“Faynənşl Tayms” nəşri də yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu Avropa liderlərini Qəzzadan olan qaçqınları qəbul etmək üçün Misirə təzyiq göstərməyə çağırıb. Misir isə buna cavab olaraq bu qaçqınları AB ölkələrinə göndərməklə hədələyib.
Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb. Keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb.

“Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili işlər naziri” Karen Sarkisyan saxlanılıb.

Bildiriblər ki, keçmiş liderlər” təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş “liderlər” gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib”.

Separatçıların silahlı dəstələrinin “komandiri” olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb.

Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan “Qarabağ Azərbaycandır” deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın “Qarabağ Azərbaycandır” dediyini bildirirlər.

Separatçı “liderlərin” qandallanaraq Bakıya gətirilməsinin ermənilər üzərində ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar “qəhrəman” elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, “erməni xülyalarını” məhv etdi.
“Yeddi deputat Artsaxın ləğvi ilə bağlı prezidentin fərmanının qanuniliyi barədə rəy bildirmək üçün Ali Məhkəməyə müraciət edə bilər”.

Musavat.com tribunainfo.az-a istinadla yazır ki, xunta rejiminin “keçmiş ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib. “Bunun üçün sizdə ən azı fərmanın surəti olmalıdır. Deyəsən, deputatlar bunu almaq üçün prezident aparatına üz tutublar”, - deyə Xanumyan bildirib.

O, bu “fərman”la bağlı Ermənistan və “artsax hakimiyyəti” arasında müzakirələrin olmasını ehtimal etmir. “Onlar bunu DQ-nin bütün siyasi qüvvələri ilə, ən azı parlamentdə müzakirə etməyə belə cəsarət etmədilər.

Əslində bir neçə nəfər, keçmiş prezidentlər və onlara xidmət edən siyasi qüvvələr oturub bu qərarı verdilər”, - deyə “eks-nazir” qeyd edib.

Həmişə haqqında danışdığı Samvel Babayandan insanların niyə qorxduğunu soruşduqda, Xanumyan belə cavab verdi: “Bilmirəm, çünki bu adam haqqında illərdir miflər, əfsanələr, anti-əfsanələr yaradılıb, yaradıcıları isə elə başlayan insanlardır. özlərinin yaratdığı əfsanələrdən qorxmaq.

Onlar əmlaklarını itirməkdən qorxurdular. Amma insanlar hakimiyyəti bu məsuliyyətə hazır olan adama verməkdənsə, həm malını, həm də namusunu itirərək, Bakı həbsxanalarına düşməyə üstünlük verdilər. O, 1992-ci ilin avqustunda olduğu kimi bu yükü öz üzərinə götürüb irəli getməyə hazır idi”.

“Düşünürəm ki, Yevlaxda heç bir danışıqlar getməyib, orada ancaq şəkil çəkdiriblər, çünki azərbaycanlılara nəşr üçün şəkil lazım idi”. Xanumyan deyib.

“Qoy Şahramanyan desin ki, harada və kimlə danışıqlar aparıb. Danışıqlar olubsa, o zaman Şuşada - Şahramanyanla Azərbaycanın xüsusi xidmət orqanları arasında.

Yevlax sadəcə bir şəkil idi və əsl proses Şuşada baş verdi”, - Xanumyan bildirib. Göründüyü kimi, separatçılar didişməyə başlayıb. Ermənistan DİN isə Qarabağdan köçən erməniləri silahları təhvil verməyə çağırıb.

TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR