İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın 5 ildə Türkiyədə 6 hərbi sualtı qayıq istehsal olunacaq

2029-cu ilə qədər Türkiyənin Hərbi Dəniz Qüvvələri yeni tipli altı yerli sualtı qayıq alacaq. Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk belə gəmi olan TCG "Piri Rəis"in istismara verilməsi mərasimində deyib.

Prezidentin sözlərinə görə, "Piri Rəis" havadan asılı olmayan hərəkət sistemi ilə təchiz edilmiş yeni sualtı qayıqdır. Bu il "Hızır Rəis" adlı ikinci bu tip sualtı qayıq sınaqdan keçiriləcək və 2025-ci ildə xidmətə qəbul olunacaq. Üçüncü qayıq olan TCG "Murat Rəis" 2026-cı ildə xidmətə götürüləcək. Ərdoğan qeyd edib ki, 2029-cu ilə qədər bu tip altı sualtı qayığın hamısı xidmətə qəbul olunacaq.

Prezident qeyd edib ki, Türkiyə “üç tərəfdən dənizlərlə əhatə olunmuş, güclü və təsirli donanmaya ehtiyacı olan bir ölkədir”. Onun sözlərinə görə, yeni sualtı qayıqlar Türkiyə donanmasının strateji silahlarıdır, yerli silah növləri və digər sistemlərlə təchiz olunub.

TCG "Piri Rəis" Almaniyanın "Tip 214" seriyalı sualtı qayığı əsasında yaradılıb. "Tip 214" dizel-elektrik sualtı qayıqlardır. Hərəkət sistemi hidrogen yanacaq elementlərinə əsaslanan havadan asılı olmayan sistemlə birləşdirilib ki, bu da qayığın səthə çıxmadan uzun müddət su altında xidmət göstərməsinə imkan verir. Qayığın Türkiyə versiyası Türkiyə istehsalı olan elektronika və silah sistemləri, o cümlədən yerli təyinatlı torpedalarla təchiz edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR