İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşar İsakov MSN-dən getdi  

Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən gedib.

Musavat.com xəbər verir ki, bu barədə o, facebook səhifəsində yazıb: “Bu gün öz xahişimlə Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrıldım.
Altı ilə yaxın bir müddətdə məni bu vəzifəyə layiq gördükləri üçün general-polkovnik Mədət Quliyevə və müdafiə sənayesi naziri Vüqar Mustafayevə dərin təşəkkürümü bildirirəm!
Hörmətli nazir müavinləri Mehman Baxışova və Hidayət Əzimova minnətdaram ki, bu illər ərzində mənimlə rəhbər kimi yox, dost kimi davranıblar.
MSN-in əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu böyük vəzifələrin icrası istiqamətindəki şərəfli fəaliyyətlərində daimi uğurlar arzulayıram!”

Qeyd edək ki, Yaşar İsakov bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR