İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda məşhur restoranda ciddi nöqsanlar AŞKARLANDI

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev, 1054 ünvanında yerləşən, fiziki şəxs Roman Səfər oğlu Əbiyevə məxsus "Alatava" restoranında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş "Bekon" əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib.

Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, ⁠temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR