Onlayn ictimai-siyasi qəzet
Yasamal rayonu Yeni Yasamal yaşayış massivində bədbəxt hadisə baş verib.
Park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.
Bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ