İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda 78 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Yasamal rayonunda 78 yaşlı qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1944-cü il təvəllüdlü Babayev Malik Qəmbər oğlu yaşadığı evin qarşısında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR