Onlayn ictimai-siyasi qəzet
Dünən Gorusun Dığ kəndində yaralanan 6 erməni əsgərindən dördü helikopterlə İrəvana çatdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri bildirib.
Anahit Avanesyan jurnalistlərə deyib ki, digər yaralılar Zəngəzurda stasionar müalicə alırlar və onları İrəvana aparmağa ehtiyac yoxdur.
Bildirilib ki, həkimlər üç yaralının vəziyyətini qənaətbəxş, digərlərinin vəziyyətini isə ağır, orta ağır və son dərəcə ağır olaraq qiymətləndirirlər. Onlar hamısı həkim nəzarətindədir, üzərlərində cərrahiyyə əməliyyatı aparılıb.
Musavat.com
29 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ