İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaralı erməni terrorçuların sayı 19 oldu

Azərbaycan bölmələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan erməni hərbçilərin sayı artaraq 19 nəfərə çatıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu qondarma rejimin oyuncaq “səhiyyə naziri” Mikayel Airyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

O deyib ki, vəziyyəti ağır olan 4 yaralıdan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu saatlarda tamamlanıb. Digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralıların İrəvana gətirilməsinə ehtiyac olub-olmadığını soruşduqda o, deyib ki, buna ehtiyac var: “Yaralıların bir hissəsi artıq çatdırılıb, qalanları yoldadır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR