İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada “Nanmadol” qasırğası nəticəsində 12 nəfər xəsarət alıb

Yaponiyanın cənub-qərbində “Nanmadol” qasırğası nəticəsində azı 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Söhbət əsasən yıxılma nəticəsində yaranan xəsarətlərdən gedir.

Həmçinin evlərin damının zədələnməsi, ağacların aşması, yol nişanlarının zədələnməsi barədə məlumat verilir. Adada bir neçə çayda güclü yağışlar səbəbindən suyun səviyyəsi yüksəlib.

Yaponiyada tropik qasırğa səbəbindən \həftəsonu 520-dən çox daxili reys təxirə salınıb. Kumamoto, Kaqosima, Fukuoka şəhərləri arasında bərə xidməti və ekspress qatarların hərəkəti dayandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR