İnsanlara hürriyət, millətlərə istiqlal!

Yapon diplomat Musavat.com-a nələr danışdı? İmperatorla Heydər Əliyevin görüşü...

Yaponiyanın Azərbaycandakı keçmiş səfiri Toşiyuki Fucivara Bakıdadır. O, 40 il Yaponiya Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərib, 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olub.

1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfərinin təşkilində mühüm rol oynayan keçmiş səfir Ümummilli Liderin fəaliyyəti, onunla bağlı xatirələrini Musavat.com-a danışıb.

İMPE YENİ.jpeg (134 KB)

Toşiyuki Fucivara bildirib ki, Heydər Əliyev həm ölkəsi üçün uzunmüddətli planlar qurmağı bacaran, həm də beynəlxalq münasibətlərdə önəmli rol oynamış diplomat idi:

“1987-ci ildə Ankarada Yaponiya səfirliyində siyasi məsələlər üzrə müşavir kimi çalışırdım. SSRİ diplomatiyasını müəyyən qədər izləyirdim. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi məndə böyük təəssürat buraxmışdı. Müsəlman blokunda nəhəng siyasətçi ortaya çıxmışdı. Xarici İşlər Nazirliyində müstəqilliyini yenidən bərpa etmiş ölkələrlə iş üzrə şöbəyə rəhbərlik edərkən məhz Azərbaycan prezidenti Heydər Əliyevin dövlət qonağı kimi dəvət olunmasını təklif etdim. Seçim çox olduğu üçün bu təklifim birmənalı qarşılanmadı. Lakin mən diplomatlara Heydər Əliyevin siyasətimiz üçün önəmli olduğunu anlatdım. Xatırladım ki, imperatorumuz siyasətlə birbaşa məşğul olmurdu, buna baxmayaraq, mən Heydər Əliyevin Yaponiyaya səfəri zamanı imperatorla görüş təşkil etdim”.

Keçmiş səfir vurğulayıb ki, Heydər Əliyevin yaddaqalan önəmli tədbirlərindən biri neft fondunun təsis edilməsi idi:

“Əgər Yaponiyada da belə bir fond yaradılsa idi, xalq müşkül vəziyyətdə qaldıqda onun mənfəəti üçün istifadə etmək olardı. Heydər Əliyevin bu tədbiri onun uzaqgörənliyinin təzahürü idi. Bundan başqa, Qarabağ məsələsinin həlli ilə bağlı atdığı addımlar da xatirimdədir. Təbii ki, ərazi bütövlüyünü itirmiş dövlətin lideri kimi atəşkəs imzalamaq asan deyildi, lakin hesab edirəm ki, atəşkəs imzalanmasa idi, iqtisadiyyat inkişaf edə bilməzdi”.

Qeyd edək ki, Toşiyuki Fucivara “Şöhrət” ordeni ilə təltif olunan yeganə səfirdir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR