İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP qərarını AÇIQLADI, müxalifətin SÜRPRİZ qərarı olacaq – Vüqar İskəndərovla Natiq Cəfərli CANLIda

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Musavat.com-un xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Beləliklə, bundan sonrakı mərhələdə artıq müxalifətin ayrı-ayrı partiyalarının da öz namizədlərini irəli sürməsi gözlənilir. Seçkilərin elan olunmasından keçən 8 gün ərzində müxalifətin tərəddüd və müzakirələri isə daha çox müzakirə olunur. Niyə qərar verməkdə bunca tərəddüd edirlər? Problem nədir? Vahid namizəd niyə yoxdur?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Vüqar İskəndərovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR