İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yanğına məruz qalan 891 hektar ərazi bələdiyyə fondlarına aid olan meşə sahələridir" - Nazir müavini

Son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar  ümumilikdə 5311 hektar ərazini əhatə edib ki,  bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir.

Musavat.com xəbər verir ki, xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş  vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib: "Yanğına məruz qalan 891 hektar ərazi  isə bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir.  Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına,  ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük  zərərlər vuran  yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz  zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki,  bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR