Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verdi
Müsavat başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.
Musavat.com xəbər verir ki, Yadigar Sadıqlı bu barədə feysbukda paylaşım edib.
O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.
"...Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım.
İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir.
Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Əksinə, qürur və məmnunluq duyuram və duyacam.
Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur", - deyə o bildirib.
ŞƏRHLƏRŞƏRH YAZ