İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xutor"da KÜTLƏVİ HƏBSLƏR - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb. Bu şəxslərdən 10-u barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb.

Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR