Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi 'Ördəklər' cinayət təşkilatının liderini yaxalıb.
Musavat.com xəbər verir ki, 17 il 6 ay həbs cəzası alan 'Ördəklər' cinayət təşkilatının lideri M.Ö-nün 2023-cü ilin yanvar ayında həbsxanadan qaçdığı müəyyən edilib.
Ötən şənbə günü keçmiş boksçu M.Ö-nün tutulması üçün xüsusi təyinatlıların dəstəyi ilə əməliyyat keçirilib. Əməliyyat zamanı sözügedən cinayətkar təşkilatın rəhbəri Antakyanın Gülderen rayonunda gizləndiyi məlum olub. M.Ö keçirilən əməliyyat nəticəsində yaxalanıb. Həmin şəxs Kilis L Tipi Cəza Müəssisəsinə təhvil verilib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ