İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi təyinatlılar Rusiyaya girdilər

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Rusiyaya əlavə qoşun göndərməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 1500 elit hərbçidən ibarət birinci qrup Şimali Koreyadan 10 minə yaxın hərbçinin yerləşdirilməsi planı çərçivəsində artıq Rusiyanın uzaq şərqində təlim keçir.

“Bloomberg” yazır ki, bu bölmələr Vladivostoka oktyabrın 8-13-də gəliblər.

Kəşfiyyat sənədlərində Şimali Koreyadan Rusiya ordusuna dəstək məqsədilə silah göndərişi də yer alır.

Avqust ayından bəri Pxenyan Rusiyaya təxminən 8 milyon 122-152 mm-lik artilleriya mərmisi verib. Bundan əlavə, Ukraynadakı döyüş meydanında 100-ə yaxın “Hwasong-11” raketi və “Bulsae-4” tank əleyhinə silahı aşkarlanıb.

Cənubi Koreya kəşfiyyatı bu məlumatı müttəfiqlərlə bölüşüb və bəzi informasiyaları NATO-nun Şimali Atlantika Şurasının iclasında təqdim etməyi planlaşdırır.

Mənbələrin məlumatına görə, Vladivostok, Xabarovsk və Uzaq Şərqin digər şəhərlərində keçirilən təlimlərdən sonra Şimali Koreya hərbçiləri Ukraynaya göndəriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR