Gənc müğənni Əlican Həmid sənətdən soyuduğunu açıqlayıb.
“Xəbərin var?” verilişində qonaq olan müğənni buna səbəb Əməkdar artist Xumar Qədimovanın repertuarına müraciət etdikdən sonra qarşı tərəfin onun klipini yutubdan sildirməsi olub. Əlican bildirib ki, icazə alsa da, sonradan belə halla qarşılaşıb.
Onun sözlərinə görə, Qədimovanın bacısından və prodüserindən icazə alıb. Əlicanın iddiasına görə, lisenziyaya ödəniş etmədiyi üçün klip silinib.
Qeyd edək ki, Əlican Xumar Qədimovanın “Gələcəyəm” mahnısını ifa edib. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ