İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoy əyalətində 116 nəfər zəhərlənib

Qərbi Azərbaycan əyalətinin zəlzə baş verən Xoy şəhərində çadırlara yerləşdirilən 116 nəfər dəm qazından zəhərlənib.

Musavat.com bildirir ki, bu barədə Gunaz.TV güneyli mənbələrə istinadən xəbər yayıb. Xatırladaq ki, fevralın 4-də ana və oğul müvəqqəti yerləşdirildikləri çadırda dəm qazından boğularaq ölüblər.

Yerli sosial media fəalları bildirirlər ki, hadisə normal istilik qurğuları olmadığı üçün çadırlarda kömür yandırıldığı üçün baş verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR