İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiya Medvedçukun yaxtasını Ukraynaya təhvil verəcək

Xorvatiyanın Split şəhərinin rayon məhkəməsi Ukraynalı siyasətçi, “Müxalifət platforması - Həyat naminə” partiyasının keçmiş rəhbəri Viktor Medvedçukun yaxtasını Ukraynaya təhvil vermək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın korrupsiya cinayətlərindən əldə edilmiş aktivlərin idarə olunması agentliyinin (ARMA) rəhbəri Yelena Duma Telegram-da məlumat verib.

Onun sözlərinə görə, qərar Ukraynaya beynəlxalq hüquqi yardım üçün müraciət əsasında qəbul edilib. “Xorvatiyanın gəminin Ukraynaya tezliklə təhvil verilməsini gözlədiyinə dair təminat alınıb”, - o qeyd edib.

Yanvarın 25-də “Royal Romance” yaxtası texniki baxış, üzmə qabiliyyətini və mühərrikin işini yoxlamaq üçün yola çıxıb. Ukrayna gəmini aldıqdan sonra satmağı planlaşdırır.

Viktor Medvedçukun yaxtası 2022-ci ilin martında müsadirə olunub. “Royal Romance” 180 milyon dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Medvedçuk özü vətən xaini kimi Rusiyada həbsə alınıb, ancaq o RF prezidenti Vladimir Putinin yaxın dostu olduğuna görə sonradan Türkiyənin vasitəsilə “Azov batalyonu”nun komandirləri ilə dəyişdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR