Onlayn ictimai-siyasi qəzet
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində yaralanan polislərimiz xəstəxanaya yerləşdirilib.
Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
"Yaralanan polis əməkdaşları müvafiq xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Həyati təhlükələri yoxdur", - E.Hacıyev qeyd edib.
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ