Onlayn ictimai-siyasi qəzet
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Həmçinin, iyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bu arada, həbs edilən separatçıların təmsilçilərindən biri, vaxtilə dinc azərbaycanlılara qarşı silah tətbiq edərək “qəhrəman” olan Vitali Balasanyan xəstəxanaya yerləşdirilib. Bu barədə onun fəkili Rafael Martirosyan məlumat yayıb. O bildirib ki, Balasanyanın ürəyində problem var, hazırda müayinə edilir.
Bəs, Xankəndidə mitinqlərə yenidən başlanmasının və Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahı qarşısında etiraz çadırlarının qurulmasının məqsədi nədir və bununla erməni separatçıları nəyə nail ola bilərlər?
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Ramil Məmmədli ilə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/TVmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ