Onlayn ictimai-siyasi qəzet
“Qarabağ münaqişəsi bitməyib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı müxalifət blokunun rəhbəri, Xocalı qatili Seyran Ohanyan tərəfindən səslənib.
Onlarla günahsız insanın qətlə yetirilməsində əli olan bu caninin sözlərinə görə, sən demə Azərbaycan bəzi məsələlərə görə məsuliyyət daşımalıymış. “Dağlıq Qarabağ” (qondarma qurum nəzərdə tutulur-red.) regionda faktor olub. Onun bütün “institutları” subyektivliyi qorumaq, o cümlədən Qarabağ ermənilərinin geri qayıtmaları üçün şərait yaratmaq naminə mövcud olmağa davam etməlidir”.
Ohanyan burada özünü sülh tərəfdarı kimi də göstərmək istəyib.
Onun fikrincə, bütün hallarda məsələni danışıqlar yolu ilə həll etmək lazımdır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ