Onlayn ictimai-siyasi qəzet
Xocalı faciəsindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası olacaq.
26 fevral 1992-ci ildə Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal olunanda əhali ətrafdakı qarlı meşələrdə gizləniblər. İki gün orda qaldıqdan sonra böyük bir dəstə ilə Əsgəranın Dəhraz kəndini Ağdamın Gülablı kəndi bilib, həmin tərəfə üz tutublar və ermənilərin əvvəlcədən hazırladıqları mühasirəyə düşüblər. Ermənilər onları Dəhraz kəndindəki fermada saxladıqları zaman girovların arasından 13 cavan oğlanı seçib aparmışlar. Bu günə kimi həmin gənclərin sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.
“13” adlı bədii-sənədli film bu faciəli hadisə haqqındadır. Filmdə əhalinin erməni silahlıları tərəfindən təqib olunması, mühasirəyə düşərək girov götürülməsi və fermada onlara verilən işgəncələr səhnələşdirilir. 13 gəncin öz doğmalarından- ata-anasından, övladlarından zorla ayrılması da filmin ən həyəcanlı anlarından olacaq. Həmin gənclərin obrazları fotoşəkillərinə oxşar aktyorlar tərəfindən canlandırılır. Əsirlikdə həmin günlərin əzabını yaşamış və bu hadisələrin şahidi olmuş insanların acı xatirələri də filmin təsirli məqamlarındandır.
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Obyektiv” milli dəyərlərin təbliğinə dəstək ictimai birliyi tərəfindən hazırlanır.
Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla və operatoru Əhməd Barasovdur.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ