Onlayn ictimai-siyasi qəzet
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Musavat.com-a bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ