İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN rəhbəri: İraqlı həmkarımla regional təhlükəsizliyin aktual məsələlərini müzakirə etdik

Regionda baş verən son hadisələr, eləcə də, Hindistan ilə Pakistan arasında gərginliyin artması Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iraqlı həmkarı Fuad Hüseyn ilə görüşləri zamanı müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri C.Bayramov bu gün iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Biz Hindistan və Pakistan arasında münasibətlərin artan eskalasiyasından dərin narahatlığımızı ifadə etdik. Həmçinin həlak olanların ailələrinə başsağlığı verdik. Qardaş və bacılarımıza tezliklə sağalmaları üçün arzularımızı bildirdik. Eyni zamanda, tərəflərə vəziyyətin deeskalasiyası və bütün fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsi çağırışı ilə müraciət etdik", - C.Bayramov vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR