İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN Hindistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Musavat.com-un xəbərinə görə, bu barədə qurumun tviter hesabında paylaşım edilib.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.

Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 ölüb, 900-ə yaxın insan yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR