İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-dən TƏCİLİ MƏLUMAT: "Moskvadakı terrorda ölən Vüqar Hüseynov..."

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə qurumdan Musavat.com-a məlumat verilib.

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl bir nəfər sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR