İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: Azərbaycan əməkdaşlığa sadiqdir

Azərbaycan gələcək nəsillər üçün ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əməkdaşlığa sadiqdir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçısı kimi nümunəvi olmaq niyyətindədir. Planetimizin gözəlliyinə dəyər verərək, biz iqlim dəyişikliyi ilə mübarizədə və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında qlobal əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR