Onlayn ictimai-siyasi qəzet
İyulun 24-də Bakıda baş verən ölüm hadisəsi hər kəsi sarsıtdı.
Musavat.com titul.az-a istinadən xəbər verir ki, ərinin xəyanətindən sonra ölümü seçən Vüsalə Dadaşova bağça müdirəsi imiş. Bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, yayılan məlumatlarda 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrəndiyi qeyd edilir. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə "bacı" deyə müraciət ediblər.
Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu ölümdə görüb.
Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ