İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya yerləşdirilən Nikita Mixalkovun vəziyyəti yaxşılaşıb

Məşhur rusiyalı rejissor Nikita Mixalkov yaxşılaşıb, səhhəti bu həftə bərpa olunmağa yaxınlaşıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə rejissorun həmkarları məlumat yayıblar.

Onların sözlərinə görə, Mixalkovun hələ də reanimasiyada olmasına baxmayaraq, həyatı üçün təhlükə yoxdur. Rejissorun fevralın 6-sı və 7-si üçün nəzərdə tutulan proqramına iki tamaşa daxildir və onlar ləğv edilməyib.

Yanvarın 5-də Mixalkovun mətbuat xidməti direktorun qrip diqanozu ilə xəstəxanaya aparıldığını bildirib. Lakin mediada yayılan məlumatlara görə, onun səhhətində COVID-19-un yaratdığı fəsadlar fonunda problemlər yaranıb.

Yanvarın 10-da Mixalkov Telegram kanalında çoxsaylı pərəstişkarlarına müraciət yazıb. O bildirib ki, xəstəxanada qaldığı müddətdə müayinələrdən keçməkdə və lazımi müalicəni almaqda davam edir.

Qeyd edək ki, N.Mixalkov hənvətənimiz Rüstəm İbrahimbəyovla birlikdə çəkdiyi "Günəşdən yorulanlar" filminə görə 1995-ci ildə "Oskar" mükafatı qazanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR